12px13px15px17px
Tarix:14/10/19

Smartfon vasitəsilə əşyanı müəyyənləşdirməyə imkan verən “Knocker” texnologiyası təqdim olunub

Koreya Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutunda (KAIST) hazırlanmış "Knocker" texnologiyası obyektlərə toxunuş zamanı yaranan spesifik vibrasiyaların təhlili üsulu ilə əşyaları müəyyənləşdirməyə imkan verir. Əşyalara toxunuş üçün smartfondan, məlumatın təhlili üçün isə jiroskop, akselerometr və mikrofondan istifadə olunur.

 

“ICTnews” Elektron Xəbər Xidməti “techcult.ru” saytına istinadən yazır ki, “Knocker” texnologiyasının işi kompüter təliminə əsaslanır, texnologiya vibrasiyaların ən kiçik nüanslarını təhlil edərək tipik nümunələri ayırmağa imkan verir. Nəzəri cəhətdən “Knocker” texnologiyası istənilən obyekti müəyyənləşdirə bilər, amma hələ ki onun "yaddaş"ında yalnız 23 əşya mövcuddur.

 

Sakit şəraitdə “Knocker” texnologiyasının tanıma dəqiqliyi 98%, səs-küylü şəraitdə isə bu göstərici 83% təşkil edir. Ancaq əsas ideya obyekti müəyyənləşdirmək deyil, yeni bir əlaqə formasıdır: qarşısında olan obyekti müəyyənləşdirən smartfon avtomatik olaraq lazımi xidməti işə sala bilir.

 

Emil Hüseynov





Baxış sayı: 637

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024