İstehlak İT bazarının həcmi 1,7 trilyon dollara çatacaq
“International Data Corporation” (IDC) şirkəti 2019-cu il və sonrakı illər üçün istehlak informasiya texnologiyaları (İT) bazarı üzrə yeni proqnoz dərc edib.
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, təqdim olunan məlumatlar ənənəvi və inkişaf etməkdə olan istiqamətləri əhatə edir. Ənənəvi istiqamətə kompüter, mobil qurğular (smartfon, telefon və s.) və telekommunikasiya servisləri aiddir.
İnkişaf etməkdə olan məhsullar kateqoriyasına virtual və əlavə reallıq qarniturları, daşınan qurğular, dronlar, robot texnikası sistemləri və müasir “ağıllı” ev üçün qurğular daxildir.
Qiymətləndirməyə görə, cari ildə istehlak İT bazarında xərclər 2018-ci illə müqayisədə 5,3 faiz artaraq 1,69 trilyon dollara çatacaq. Analitiklərin fikrincə, sonrakı illərdə “CAGR” göstəricisinin (mürəkkəb faizlərdə ortaillik artım tempi) 5,1 faiz təşkil etməsi nəticəsində 2023-cü illərdə xərclər 2 trilyon dollarlıq səviyyəni ötərək 2,06 trilyon dollar təşkil edəcək.
Bu il ümumi xərclərin təxminən dörddə üç hissəsi ənənəvi məhsul və servislərin payına düşəcək. Bununla yanaşı, bu seqmentdə “CAGR” göstəricisi bazar üzrə orta nəticədən aşağı olacaq (2,2 faiz).
İnkişaf etməkdə olan texnologiyalar sahəsində “CAGR” göstəricisi 13,2 faizə bərabər olacaq. Nəticədə 2023-cü ildə belə həllərin təqribən üçdəbiri istehlak İT bazarının ümumi həcminin payına düşəcək.
Nizam Nuriyev
Baxış sayı: 758
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet