12px13px15px17px
Tarix:16/10/19

Sahibini izləyən robot-çamadan təqdim edilib

İtaliyanın "Vespa" motoroller istehsalçısı ikitəkərli, öz-özünü tənzimləyən "Gita" yük robotunun təqdimetmə tarixini və qiymətini açıqlayıb. Hər yerdə öz sahibini müşayiət edən mexanikləşdirilmiş yükdaşıyan noyabrın 18-dək satışa çıxarılacaq. ABŞ-da onun qiyməti 3250 dollar təşkil edir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hitech.vesti.ru" saytına istinadən yazır ki, yenilik "Vespa"nın innovativ layihələr laboratoriyası "Piaggio Fast Forward" tərəfindən işlənib hazırlanıb. 18 kq-lıq yük bölməsi ilə təchiz edilmiş "Gita" robotu kiçikölçülü yüklərin (məhsullar, elektronika, uşaq və ev heyvanları üçün oyuncaqlar) daşınması üçün düşünülüb.

 

Bu model avtonom deyil və ətraf mühitdə özü müstəqil hərəkət edə bilmir. "Gita" məxfilik baxımından irəlidə gedən istənilən insanı izləyir.

 

Sferik formalı robot-çamadan ilk növbədə şəhər şəraitində istifadə üçün nəzərdə tutulub, səki və velosiped yolları kimi bərk səthlərdə daha yaxşı hərəkət edir. "Gita" robotu qum, qar və ya palçıqda ilişib qala bilər, nərdivana dırmaşa bilmir.

 

Emil Hüseynov





Baxış sayı: 578

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024