“Google Pixelbook Go” noutbukunun təqdimatı olub
“Google” şirkəti ənənəvi oktyabr tədbirində yeni “Pixelbook Go” noutbukunu rəsmən təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, “Chrome OS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğu 2017-ci ildə buraxılan “Pixelbook” noutbukunun təkmilləşdirilmiş variantıdır. “Pixelbook Go” əvvəlki versiya ilə müqayisədə daha kompakt və yüngüldür: 13,3 düymlük noutbukun qalınlığı 13 mm, çəkisi isə 1 kiloqramdır.
“Pixelbook Go” sensor displey və sürüşmənin qarşısını alan rezin alt səth ilə təchiz edilib. Qurğuya quraşdırılan batareya 12 saatlıq avtonom rejimli işi təmin edir, 20 dəqiqəlik enerji doldurma prosesi isə noutbukun işləmə vaxtını 2 saat uzadır. Bundan başqa, yeni noutbukun səssiz klaviatura ilə təchiz olunması xüsusi qeyd olunur.
Qurğunun digər texniki xüsusiyyətlərinə gəldikdə, versiyadan asılı olaraq “Google Pixelbook Go” noutbuku “Intel Core m3”, “i5” və ya “i7, 8” prosessorları və ya 16 giqabaytlıq operativ yaddaş və 64, 128 və ya 256 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz olunub.
ABŞ və Kanadada ilkin qiyməti 649 dollar təşkil edən noutbuk üçün ilkin sifarişlərin qəbuluna oktyabrın 15-dən etibarən başlanılacaq. Yanvarda noutbukun Böyük Britaniyada satışa çıxarılacağı gözlənilir. “Google Pixelbook Go” noutbuku “Just Black” və “Not Pink” adlı qara və sarımtıl-çəhrayı rənglərdə təklif olunur.
Təqdimatda, həmçinin yenilənmiş “Google Assistant” səsli köməkçi funksiyası nümayiş olunub. Funksiyanın əvvəlki versiyadan əsas fərqləndirici cəhəti sorğuların emal sürətinin artırılmasındadır.
Yenilənmiş “Google Assistant” funksiyası ilə ilkin olaraq təqdimat çərçivəsində nümayiş edilən “Pixel 4” və “Pixel 4 XL” smartfonları, daha sonra digər “Android” sistemli qurğular təchiz olunacaq.
Nizam Nuriyev
Baxış sayı: 600
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet