12px13px15px17px
Tarix:17/10/19

“5G” cərrahi əməliyyatın həyata keçirilməsinə kömək edib

“Telefonica” telekommunikasiya şirkəti Yaponiya və İspaniya xəstəxanaları arasında telekörpü seansı keçirib. Qurulmuş bağlantı sayəsində Yaponiya Endoskopiya Mərkəzinin direktoru Katsumi Yamamoto real vaxt rejimində Malaqadakı “Quirónsalud” xəstəxanasında əməliyyat keçirən həmkarına məsləhətlər verib. Operatorun sözlərinə görə, yüksək keyfiyyətli videonun yayımı zamanı, demək olar, ləngimə qeydə alınmayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, əlbəttə ki, bunu hələ ki bu uzaq məsafədən cərrahi müdaxilə adlandırmaq çətindir, amma gələcəkdə belə texnologiyaların tibb sahəsində əsl inqilab edə biləcəyi faktını inkar etmək mənasızdır. İspaniyada əməliyyatı həyata keçirmiş həkim Pedro Roson belə bir telekörpünün reallaşmasına imkan verən “5G” texnologiyasının işini yüksək qiymətləndirib.

 

Emil Hüseynov





Baxış sayı: 1012

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024