Vatikanda “ağıllı” təsbeh yaradılıb (VİDEO)
Vatikanda müasir texnologiya və qurğuları sevən gənc katoliklərin kilsəyə cəlb edilməsi məqsədilə "ağıllı" təsbeh buraxılıb.
"ICTnews" Elektron Xəbər Xidməti "NEWSru" resursuna istinadən yazır ki, "eRosary" adlı qurğu 10 əqiq və gematit muncuq dənəsini özündə birləşdirən kiçik təsbeh və elektron proqram təminatının quraşdırıldığı xaçdan ibarətdir.
Təsbeh dini məzmunlu xüsusi mobil proqram vasitəsilə sinxronlaşır. Bundan başqa, qurğunu aktivləşdirmək üçün xaç vurmaq tələb olunur. Proqram işə salındıqdan sonra "eRosary" istifadəçisi müvafiq duanı seçə biləcək. Öz növbəsində proqram istifadəçinin təsbehdən necə və nə qədər istifadə etməsi haqqında məlumatları yaddaşda saxlayır.
Bundan əlavə, təsbehi biləyə taxmaq mümkündür – qurğu adi fitnes bilərziyi kimi addım və digər sağlamlıq göstəricilərini qeydə alacaq.
Layihə dünya katoliklərinin mobilləşdirilməsinə yönələn "Pope’s Worldwide Prayer Network" proqramının tərkib hissəsidir. Qurğu Vatikanın sifarişi əsasında "GadgeTek Inc" şirkəti tərəfindən hazırlanıb. "eRosary" "ağıllı" təsbehinin qiyməti 99 avro təşkil edir.
Nizam Nuriyev
Baxış sayı: 1093
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet