12px13px15px17px
Tarix:22/10/19

“HTC” blokçeyn smartfonunu təqdim edib

"HTC" şirkəti kriptovalyuta istifadəçiləri üçün nəzərdə tutulmuş "Exodus 1s" smartfonu üçün artıq ilkin sifarişlərin qəbuluna başlayıb. Başlanğıc səviyyəli yeni aparatın qiyməti 219 avro təşkil edir ki, bu da "Exodus 1" (ABŞ-da 699 dollar) aparatından təxminən 3 dəfə ucuzdur.

 

"Exodus 1s" – bu, dünyada bitkoin protokol qovşağı tətbiq edilmiş ilk smartfondur. Bu o deməkdir ki, qurğu blokçeyndə əməliyyatları retranslyasiya, qəbul edən və yoxlayan paylanmış nöqtələrdən biri kimi çıxış edə bilər. Bu haqda "HTC" şirkətinin desentralizasiya olunmuş texnologiyalar bölməsinin direktoru Fil Çen "Forbes" nəşrinə deyib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hitech.vesti.ru" saytına istinadən yazır ki, eyni zamanda smartfonda tam bitkoin qovşağının işə salınması bir sıra məhdudiyyətlər yaradır. "HTC" şirkətinin nümayəndələrinin tövsiyəsinə əsasən, qurğu sürətli "Wi-Fi" şəbəkəsi və enerji mənbəyinə qoşulmalıdır, çünki aparat çox enerji sərf edəcək.

 

"Exodus 1s" aparatına "Bitcoin", "Lightning Networks", "Ethereum" və "Dfinity" kimi valyutaları dəstəkləyən "HTC Zion" kripto pul kisəsi quraşdırılıb.

 

"Exodus 1s" kriptosmartfonu "HTC Qualcomm Snapdragon 435" prosessoru, 5,7 düymlük HD displey, 4 QB-lıq əməli yaddaş, 64 QB-lıq daxili yaddaş və 13 meqapiksellik kamera ilə təchiz edilib. Smartfon "MicroUSB" vasitəsilə enerji toplayır, qulaqlıqlar üçün 3,5 mm-lik konnektor nəzərdə tutulub.

 

Emil Hüseynov





Baxış sayı: 587

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024