12px13px15px17px
Tarix:22/10/19

Ən sürətli mobil prosessorların reytinqi dərc edilib

Çinin smartfonların testində ixtisaslaşan populyar "Master Lu" servisi 2019-cu ilin üçüncü rübü üçün mobil prosessorların yeni reytinqini dərc edib. Siyahıda birincilik uğrunda mübarizə "Snapdragon" və "Kirin" prosessorları arasında gedib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4PDA." resursuna istinadən yazır ki, "Qualcomm" şirkəti bir müddət əvvəl qabaqcıl qurğular üçün əsas həll kimi beşinci nəsil mobil rabitə şəbəkəsini dəstəkləyən "Snapdragon 855 Plus" platformasını təqdim edib. Məhz bu prosessor 348 837 bal toplayaraq "Master Lu" reytinqinə başçılıq edir. İkinci pillədə "Huawei" şirkətinin həlli – 324 427 xal toplayan "Kirin 990" prosessoru qərarlaşıb. Liderlər üçlüyünü 312 551 balla 2019-cu ilin əvvəlində təqdim edilən "Snapdragon 855" tamamlayıb.

 

Ən məhsuldar çiplər onluğuna, həmçinin 217 565 toplayan "Samsung Exynos 9810" daxildir. Siyahıda 186 044 balla yeni "Snapdragon 730G" prosessorunun yer alması maraq doğurur. Reytinqə ilk dəfə daxil olan platforma məhsuldarlığı 15 faiz artırılmaqla "Snapdragon 730" prosessorunun təkmilləşdirilmiş versiyasıdır.

 

"Master Lu" siyahısına hələlik rəsmən təqdim edilməyən və smartfonlara quraşdırılmayan "Kirin 990 5G" prosessoru daxil ola bilməyib.

 

Nizam Nuriyev





Baxış sayı: 606

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024