BƏƏ-də dünyanın ilk süni intellekt universiteti açılacaq
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə tələbələrə “Süni intellekt” ixtisası üzrə təhsil almağa imkan verəcək dünyanın ilk universiteti təsis edilib. “Mohamed bin Zayed University of Artificial Intelligence” (MBZUAI) adlı ali təhsil müəssisəsinin açılışı 2020-ci ilin avqustuna planlaşdırılır.
“ICTnews” Elektron Xəbər Xidməti “Russianemirates” resursuna istinadən yazır ki, universitetə süni intellekt texnologiyaları sahəsində işləmələrlə məşğul olan tələbələr, biznes və dövlət şirkətlərinin nümayəndələri qəbul ediləcək. Ali təhsil ocağı tələbələr üçün sahə üzrə ən qabaqcıl biliklərə yiyələnməyə imkan yaradacaq.
Universitetin Qəyyumlar Şurasının sədri Dövlət naziri Sultan Əhməd əl Cabir seçilib. Şuranın tərkibinə Oksford, Miçiqan, Massaçusets və Pekin universitetlərinin professorları da daxildir.
Qeyd edək ki, 2030-cu ildə süni intellekt texnologiyalarının dünya iqtisadiyyatına töhfəsi 16 trilyon dollara çatacaq, onun BƏƏ-nin ümumi daxili məhsulunda (ÜDM) payı isə 14 faiz təşkil edəcək.
Nizam Nuriyev
Baxış sayı: 814
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet