12px13px15px17px
Tarix:24/10/19

“Huawei 5G Mobile Wi-Fi” marşrutlayıcıları 8 min milliamper/saat tutumlu batareya ilə təchiz olunub

“Huawei” şirkəti müxtəlif qurğulara beşinci nəsil mobil rabitə şəbəkələrinə (5G) qoşulmağa imkan verən “5G Mobile Wi-Fi Pro” və “5G Mobile Wi-Fi” mobil marşrutlayıcılarını təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, marşrutlayıcılar xarici görünüşünə görə daxili batareya ilə təchiz edilməsi səbəbindən ehtiyat akkumulyatorları xatırladır. Belə ki, “5G Mobile Wi-Fi Pro” modeli 8 min milliamper/saat tutumlu akkumulyatorla təchiz olunub. Daxili batareyanın 40 vatlıq, qoşulan qurğunun isə 22,5 vatlıq enerji ilə doldurulması dəstəklənir. Bundan başqa, 15 vatlıq reversivlənmiş simsiz enerjinin toplanması texnologiyası tətbiq edilib.

 

Öz növbəsində “5G Mobile Wi-Fi” modeli 4 min milliamper/saat tutumlu akkumulyatora malikdir və 18 vatlıq simli enerji doldurma tətbiq olunub.

 

Qurğular iki – avtonom (SA) və avtonom olmayan (NSA) “5G” arxitekturası ilə uyğunluq təşkil edən “Balong 5000” modemi üzərində qurulub. Bundan əlavə “2G”, “3G” və “4G” şəbəkələrində iş dəstəklənir.

 

Yeni mobil marşrutlayıcıların internetə qoşulma sürəti 1,56 Qbit/saniyə təşkil edir. Həmçinin saniyədə 60 kadr sürəti ilə “4K” formatında videoyayım mümkündür.

 

Dekabrda satışa çıxarılacaq “5G Mobile Wi-Fi Pro” və “5G Mobile Wi-Fi” mobil marşrutlayıcılarının qiyməti açıqlanmır.

 

Nizam Nuriyev





Baxış sayı: 590

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024