Ümumdünya Meteorologiya Təşkilatı hava və təbii fəlakətlərin proqnozlaşdırılması üçün istifadə olunan radiotezlikləri qorumağa çağırır
Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) ekspertləri dövlətləri havanın proqnozlaşdırılması və iqlim dəyişikliklərinin nəticələrinin uzunmüddətli monitorinqində mühüm rol oynayan Yer kürəsinin müşahidə sistemləri üçün ayrılan radiotezliklərin təhlükəsizliyini təmin etmək çağırışı ilə çıxış ediblər.
“ICTnews” Elektron Xəbər Xidməti “UN” resursuna istinadən yazır ki, mütəxəssislər genişzolaqlı rabitə sahəsində, o cümlədən beşinci nəsil mobil rabitə şəbəkəsi (5G) provayderləri arasında yüksək rəqabətin meteoroloji müşahidələr üçün istifadə olunan peyk, radiozond, radar və digər sistemlərin normal fəaliyyətinə mane olmasından narahatdırlar.
Təşkilat nümayəndəsi Erik Allaiksin sözlərinə görə, ÜMT “5G” kimi yeni telekommunikasiya texnologiyalarının istifadəyə verilməsinə mane olmaq niyyətində deyil. “Lakin biz onların, məsələn, hava proqnozunu tərtib edən həyati xidmətlər tərəfindən istifadə olunan tezliklərə sahib çıxacaqlarından narahatıq”, – o qeyd edib.
Təşkilat mütəxəssisləri qeyd edir ki, son onilliklərdə vaxtında verilən və dəqiq hava proqnozları sayəsində hazırda internet provayderləri və mobil rabitə operatorlarının aktiv mübarizə apardığı radiotezliklərdən istifadə etməklə Yerin məsafədən zondlama texnologiyası vasitəsilə minlərlə insanın həyatını xilas etmək mümkün olub.
“Qısamüddətli kommersiya maraqları ilə qlobal rifah və təhlükəsizlik prinsipləri arasında balansı qorumaq lazımdır. Biz təbii fəlakətlərin proqnozlaşdırılması sahəsində çoxsaylı nailiyyətlərdən imtina edə bilmərik, çünki bu, insanların məhvinə və infrastrukturun dağılmasına səbəb ola bilər”, – E.Allaiks vurğulayıb.
Nizam Nuriyev
Baxış sayı: 556
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet