Çində pomidor yetişdirilməsi üçün “5G” texnologiyasından istifadə edilir
“Daoji Agriculture” şirkəti tərəfindən “ağıllı” əkinçilik texnologiyasının inkişafı proqramı çərçivəsində Çinin şərqində yaradılmış və beşinci nəsil (5G) texnologiyasını dəstəkləyən “ağıllı” istixanada ümumilikdə 18 pomidor çeşidi yetişdirilir. Bu barədə Honkonqun “The South China Morning Post” (SCMP) nəşri məlumat paylaşıb.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, Çinin Çjetszyan əyalətində yerləşən Vujen şəhərində 2019-cu ilin martında ilk “5G” baza stansiyaları istifadəyə verilib. 2019-cu ilin oktyabrın sonuna olan məlumata görə, Vujen şəhəri “China Mobile” operatorunun beşinci nəsil şəbəkəsi ilə tam əhatə olunub. Qeyd edək ki, bu şəhərdə hər il Ümumdünya İnternet Konfransı (“World Internet Conference”) keçirilir.
“SCMP” nəşrinə müsahibəsində “Daoji Agriculture”nin baş direktoru Donq Yonqze şirkətin “5G” istixana layihəsinə təxminən 1,4 milyon dollar investisiya qoyduğunu bildirib.
Yeni nəsil mobil rabitə 2800 pomidor kolunun yetişdirildiyi 32 kv.m-lik istixanada mükəmməl şəraitin yaradılmasına kömək edir. “China Mobile” şirkətinin “5G” şəbəkəsinə qoşulmuş sensorların köməyi ilə bitkilərin suvarılması və qidalı maddələrlə təmin edilməsi təşkil edilib. Real vaxt rejimində işləyən sensorlar, demək olar, hər bir şeyə nəzarət edir: temperatur, işıqlandırma, suvarma tezliyi, rütubət və gübrə verilməsi. “5G” texnologiyası sayəsində məlumatlar real vaxt rejimində idarəetmə sisteminə daxil olur və sonuncu daha sürətli rabitə sayəsində sazlamaları daha dəqiq tənzimləməklə bol məhsul əldə etməyə kömək edir.
Həmçinin istixanada “5G” şəbəkəsinə qoşulmuş zərərvericilərə və xəstəliklərə qarşı mübarizə sistemi işləyir.
Emil Hüseynov
Baxış sayı: 614
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet