“3D” printerlə çap edilən ən böyük bina təqdim olunub (VİDEO)
Dubayda üçölçülü printer vasitəsilə tam çap edilən dünyanın ilk ikimərtəbəli binasının açılışı olub.
"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, Dubay bələdiyyəsinin baş direktoru Davud əl-Həcrinin sözlərinə görə, bu layihə tikinti sənayesində vacib dönüş anıdır. "İnşaatda "3D" çap texnologiyası binaların ucaltma sürətini artırır və onları rekord qısa müddət ərzində təhvil verməyə imkan verir. Bu, həmçinin tikinti xərclərini azaldır və işçi sayının azaldılması sayəsində demoqrafik vəzifələrin həllinə kömək edir", – o qeyd edib.
Rekord binanın hündürlüyü 9,5 metr, ümumi sahəsi 640 kvadratmetr təşkil edir. Onun ucaldılması üçün adi binaların inşasında olduğundan iki dəfə az işçi qüvvəsindən istifadə edilib. Bundan başqa, tullantıların miqdarı adi inşaat işləri ilə müqayisədə 60 faiz azaldılıb. Binanın ucaldılması üçün ümumi xərclər də bir o qədər azalıb. Ekspertlərin sözlərinə görə, çap edilmiş bina bütün tikinti standartlarına uyğundur.
Davud əl-Həcri bildirib ki, Dubay binaların inşası üçün "3D" çapdan istifadə sahəsində dünya paytaxtına çevriləcək.
Nizam Nuriyev
Baxış sayı: 556
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet