12px13px15px17px
Tarix:01/11/19

“Avropol” elektron ticarət fırıldaqçılığında şübhəli bilinən 60 nəfəri saxlayıb

Avropa Polis Təşkilatı (Avropol) bir sıra ölkələrin hüquq-mühafizə orqanlarının dəstəyi ilə keçirilən əməliyyat çərçivəsində fırıldaqçılıqda şübhəli bilinən 60 nəfəri həbs edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, “2019 e-Commerce Action” (eComm 2019) adlı əməliyyat sentyabrın 23-dən oktyabrın 4-dək 19 ölkədə aparılıb. Onun məqsədi elektron ticarət fırıldaqçılığında şübhəli bilinən cinayətkar şəbəkənin fəaliyyətinin qarşısını almaq olub.

 

Bildirilir ki, elektron ticarət fırıldaqçılığına internet platformaları, mobil əlavə və ya servislərdən istifadə etməklə qanunsuz və ya saxta tranzaksiyalar daxildir. Başqa sözlə, cinayətkarlar başqalarına məxsus kredit kartlarının oğurlanmış məlumatlarından istifadə edərək internet mağazalarında alış-veriş ediblər.

 

“eComm 2019” əməliyyatı zamanı 40-dan çox axtarış aparılıb, 6,5 min fırıldaqçı tranzaksiya aşkarlanıb, firıldaqçılıq nəticəsində dəyən ziyan (5 milyon avro) qiymətləndirilib və gələcək ziyanın (93 min avro) qarşısı alınıb. Bundan başqa elektron qurğular, kart məlumatları və nağd pul vəsaitləri müsadirə olunub.

 

İstintaq zamanı məlum olub ki, bəzi şübhəli şəxslər cinayətkar qruplaşmalarla əlbirdir və fişinq, zərərli proqram təminatından istifadə ilə kiberhücumlar, saxta saytların yaradılması, çirkli pulların yuyulması kimi digər kibercinayətlərdə iştirak edib.

 

Nizam Nuriyev





Baxış sayı: 561

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024