12px13px15px17px
Tarix:01/11/19

Analoqlarından 1000 dəfə kiçik olan kvant çipi təqdim edilib

Sinqapur Texnologiya Universitetinin alimləri tərəfindən hazırlanmış kvant çipinin ölçüsü analoqlarından 1000 dəfə kiçikdir. Buna baxmayaraq, yeni qurğu fərdi məlumatların mühafizəsində tətbiq edilə bilən daha etibarlı təhlükəsizlik texnologiyasını təmin edə bilər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, müxtəlif sahələrdə tətbiq edilən təhlükəsizlik standartlarının əksəriyyətində kvant texnologiyalarından istifadə olunmur. Bu, fərdi eyniləşdirilmiş nömrə və ya şifrin elektron formada ötürülməsi zamanı onun ələ keçirilmə ehtimalı ilə izah edilir.

 

Sinqapurlu alimlər tərəfindən təqdim edilmiş yeni miniatür çip mövcud standartlarla müqayisədə təhlükəsizliyin yüksək səviyyədə təmini üçün kvant rabitə alqoritmlərindən istifadə edir. Bu, göndərilən informasiyaya şifrlərin inteqrasiyası hesabına mümkün olur və nəticədə təhlükəsiz kvant açarı yaradılır. İnformasiyanın qəbulundan sonra şifr açarla birlikdə silinir.

 

Bu çip mövcud kvant rabitə sistemləri ilə müqayisədə 1000 dəfə daha az yer tutur. Buna görə tədqiqatçılar bu metodu smartfon, planşet və “ağıllı” saat kimi yığcam qurğularda istifadə edə bilərlər.

 

Emil Hüseynov





Baxış sayı: 569

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024