12px13px15px17px
Tarix:01/11/19

"Facebook" şifrlənmiş səsli və videozənglər istifadəyə verməyi planlaşdırır

2016-cı ildə "Facebook" şirkəti istənilən istifadəçi tərəfindən aktivləşdirilə bilən "Secret Conversations" funksiyasını istifadəyə vermişdi. İndi isə sosial şəbəkənin mütəxəssisləri bu təhlükəsizlik sistemini səsli və videozənglər üçün sınaqdan keçirirlər.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, "Facebook" sosial şəbəkəsi "Secret Conversations" funksiyasının imkanlarını genişləndirməyi planlaşdırır. Açıqlanmamış funksiyaları aşkar etmək üçün mobil tətbiqlərin təhlili ilə məşğul olan jurnalist Ceyn Mançun Vonqun sözlərinə görə, sosial şəbəkə "Secret Conversations" funksiyası üzərindən səsli və videozəngləri sınaqdan keçirir.

 

2016-cı ildə "Facebook" tərəfindən istifadəyə verilmiş "Secret Conversations" funksiyası "Messenger"də çatları kənar müdaxilələrdən qorumaq üçün onları şifrləməyə imkan verir. Sözügedən messencerdə "WhatsApp"da tətbiq edilmiş eyni şifrləmə texnologiyasından istifadə edilir.

 

Jurnalistlər iddia edirlər ki, "Messenger" mobil proqramında sözügedən funksiyadan istifadə üçün öz profil şəklinin üzərinə sıxmaq, "Secret Conversations" bölməsinə keçmək və bundan sonra onu aktivləşdirmək lazımdır. Nəticədə istifadəçi və mesajı qəbul edəndən başqa heç kim çata müdaxilə edə bilməyəcək. Bundan başqa, mesajlaşma yalnız seçilmiş qurğuda görsənəcək.

 

Emil Hüseynov





Baxış sayı: 690

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024