Yapon alimləri Antarktida və Ayda araşdırmalar üçün səyyar ev təqdim ediblər
Antarktidanın sərt hava şəraitində yeni bazalar qurmaq o qədər asan deyil, yüngül vaqonlar isə, demək olar, soyuqdan qorumur. Yapon konstruktorları tərəfindən Yer kürəsinin ən soyuq ərazilərində ekspedisiyalar aparmaq üçün hazırlanmış “səyyar ev” layihəsini gələcəkdə Ayda da istifadə etmək planlaşdırılır.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, Yaponiya Dövlət Qütb Araşdırmalar İnstitutunun nümayəndələri və “JAXA” agentliyinin əməkdaşları “səyyar ev” layihəsinin prototipini nümayiş etdiriblər. Ev layihəsi 6,1x2,5x3,05 metrlik iki blokdan ibarətdir. Hazır konstruksiyanın ümumi ərazisi 33 kv.metr təşkil edir. “Galvalume” örtüklü taxta divarlar -45,3 selsi dərəcə şaxtaya davamlıdır. Hər bir blok havalandırma sistemi, həmçinin istilik və enerji toplayan günəş panelləri ilə təchiz edilib.
Konstruksiya 2020-ci ilin fevralından sentyabrına kimi Antarktidadakı Seva stansiyasında sınaqdan keçiriləcək. Gələcəkdə bu layihənin işləmələrindən Ayda yaşayış binalarının qurulmasında istifadə etmək planlaşdırılır.
Emil Hüseynov
Baxış sayı: 648
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet