“LG G Pad 5 10.1” planşeti 8200 milliamper/saat tutumlu akkumulyatora malikdir
“LG” şirkəti yeni “G Pad 5 10.1” planşet kompüterini təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, məlumata görə, “LG G Pad 5 10.1” planşetində1920х1200 piksel təsvir ölçülü 10,1 düym diaqonallı “IPS” displeyindən istifadə olunub. İstehsalçı nümayəndələrinin sözlərinə görə, baxış bucağı 178 dərəcə təşkil edir. Yeni qurğunun ekran funksiyalarından biri əməliyyat sisteminə inteqrasiya edilən istifadəçilərin görmə qabiliyyətinə pis təsir göstərən mavi şüalandırma səviyyəsinin azaldılması funksiyasıdır.
Korpusu metaldan ibarət model boz rəngdə təklif olunur. Korpusun arxa tərəfində 8 meqapikselli əsas kamera, ön tərəfdə isə videorabitə və “selfi” üçün 5 meqapikselli kamera yerləşir.
“Qualcomm Snapdragon 821” platforması üzərində qurulan “LG G Pad 5 10.1” 4 giqabaytlıq operativ və 32 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz edilib. “microSD” kartı vasitəsilə quraşdırılmış yaddaş tutumunu maksimal 512 giqabaytadək genişləndirmək mümkündür.
Yeni planşet “Quick Charge 3.0” sürətli enerji doldurma texnologiyasını dəstəkləyən 8200 milliamper/saat tutumlu akkumulyatora malikdir. Enerjinin toplanması üçün “USB Type-C” çıxışından istifadə olunur. Bundan əlavə, 3,5 millimetrlik audioçıxış mövcuddur. Təhlükəsizliyə görə yan tərəfdə yerləşən barmaq izi skaneri məsuliyyət daşıyır. Qalınlığı 8 millimetr təşkil edən qurğunun ölçüləri 247,2 х 150,7 millimetrə, çəkisi 498 qrama bərabərdir. “LG G Pad 5 10.1” planşeti “Android 9 Pie” əməliyyat sisteminin idarəetməsi ilə işləyir.
Artıq Cənubi Koreyada satışa çıxarılan modelin qlobal satış müddəti sonra elan ediləcək. Planşetin təxmini qiyməti 365 dollar təşkil edir.
Nizam Nuriyev
Baxış sayı: 606
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet