“Toshiba” korporasiyası “Əşyalar interneti” bazarında ittifaq yaradır
Yaponiyanın "Toshiba" korporasiyası "Əşyalar interneti (IoT)" bazarında ittifaq yaratdığını elan edib. Yeni ittifaqa 100-dən çox şirkət, həmçinin "SoftBank Group" və "KDDI" kimi nəhəng şirkətlər daxil edilib.
"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, "ifLink Open Community" adlandırılmış yeni təşkilatın iştirakçıları "Toshiba" korporasiyasının 2020-ci ilin yazında istifadəyə verilməsi planlaşdırılan "IoT" platformasını dəstəkləyəcəklər.
İttifaqın tərkibinə daxil olan şirkətlər "IoT" xidmətlərini sıfırdan yaratmalı olmayacaqlar: əlçatan olacaq platforma sayəsində rəqib şirkətlərin həllərinin birləşdirilməsi hesabına məhsul prototipini bir-iki günə hazırlamaq mümkün olacaq. Belə yanaşma sayəsində məhsulların kommersiya bazarına çıxarılmasını sürətləndirmək mümkündür.
"Toshiba" korporasiyası tərəfindən irəli sürülmüş təşəbbüsün tərəfdarları bildiriblər ki, ittifaq mövcud texnologiyaları yeni üsullarla birləşdirməyə kömək etməlidir. Məsələn, muzeyə giriş qapısının qarşısında çəkini müəyyənləşdirən datçikdən istifadə edilməsini nümunə göstərmək olar. Ziyarətçi gəldiyini qeydə alan datçik avtomatik tövsiyə təklif etməyə kömək edəcək.
"Toshiba" korporasiyası, həmçinin istehlakçılar üçün ittifaq üzvləri tərəfindən hazırlanmış məhsulların təqdim ediləcəyi sayt hazırlayacaq.
Emil Hüseynov
Baxış sayı: 571
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet