Dünyada internet istifadəçilərinin sayı məlum olub
Dünya əhalisinin təxminən 4,1 milyardı və ya 53,6 faizi internetə çıxış imkanına malikdir. Bu barədə Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) hesabatında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, təşkilatın qiymətləndirməsinə görə, dünyada kişilərin 58 faizi internetdən istifadə etdiyi halda qadınlarda bu göstərici 48 faiz təşkil edir. Bu fərq Asiya-Sakit okean regionu, Afrika və Yaxın Şərq ölkələrində xüsusilə nəzərə çarpır və durmadan artır.
Ekspertlərin hesablamalarına görə, planet əhalisinin təqribən 97 faizi mobil rabitə siqnallarının əhatə olunduğu yerlərdə məskunlaşıb, o cümlədən 93 faizi “3G” və daha yüksək şəbəkə istifadəçisidir. Mobil rabitənin əhatə dairəsinə daha çox Cənubi və Şimali Amerika ölkələri, Asiya-Sakit okean regionu və Avropa, daha az (79 faiz) isə Afrika ölkələri daxildir.
Planetdə 3,6 milyard insanın hələ də internet istifadəçisi olmamasını nəzərə alan BTİ dövlətləri internetə çıxışla bağlı məsələni inkişaf etdirilməsi labüd təxirəsalınmaz prioritetə çevirməyə çağırır.
Bundan başqa, ekspertlər rəqəmli texnologiyalar, eləcə də smartfon və digər mobil texnologiyalarla iş ilə tədrisə investisiya qoyuluşunun zəruriliyini qeyd edirlər. Onların sözlərinə görə, bu, onlardan bərabərhüquqlu istifadəyə şərait yarada bilər.
BTİ-nin tədqiq etdiyi 85 dövlətin 65-ində mobil telefona sahib kişilərin sayı qadınları üstələyir.
Qeyd edək ki, BTİ Birləşmiş Millətlər Təşkilatının (BMT) informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən aparıcı təsisatıdır. 150 il ərzində BTİ qlobal əsasda radiotezlik spektrindən birgə istifadənin koordinasiyasını həyata keçirir, peyklər üçün orbital mövqelərin ayrılmasında beynəlxalq əməkdaşlığa yardım edir, inkişaf etməkdə olan ölkələrdə rabitə infrastrukturunun yaxşılaşdırılmasına xidmət edir və dünyada rabitə sistemlərinin geniş diapazonunun maneəsiz fəaliyyətini təmin edən standartlar hazırlayır.
Nizam Nuriyev
Baxış sayı: 707
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet