Üzən metal yaradılıb (VİDEO)
ABŞ alimləri metala suda batmamağa imkan verən yeni texnologiya yaradıblar.
"ICTnews" Elektron Xəbər Xidməti "Belta" resursuna istinadən yazır ki, məlumata görə, tədqiqatçılar maddəyə hidrofob xüsusiyyətlər verən yeni metal emalı üsulu hazırlamağa nail olublar. Yeni metodun mahiyyəti ondan ibarətdir ki, metal materialda çoxlu hava köpükləri yaradan qısa impulslar saçan lazerlə emal olunur. Bunun sayəsində əşya batmayaraq su səthi üzərində qalır.
Qeyri-adi texnologiyanın iş prinsipi videoda nümayiş olunub. Kadrlarda nümunələrdən biri adi alümindən hazırlanıb, ikincisi emal edilərək hidrofob xüsusiyyətlərlə təchiz edilib.
Texnologiya yaradıcılarının sözlərinə görə, hətta dəlikli emal edilmiş material asanlıqla suyun üzərinə çıxır. Bundan başqa, lazerdən istənilən bərk maddənin "üzmək" xüsusiyyətlərinə malik olması üçün istifadə etmək mümkündür.
Texnologiyadan gəmiqayırma və müxtəlif üzən obyektlərin yaradılmasında istifadə planlaşdırılır.
Nizam Nuriyev
Baxış sayı: 647
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet