12px13px15px17px
Tarix:12/11/19

"Azercell" Bakının mərkəzində Azərbaycanda ilk 5G şəbəkəsini işə salır

"Azercell" özünün daimi tərəfdaşı - "Ericsson" ilə birlikdə Fəvvarələr Meydanındakı Müştəri Xidmətləri Mərkəzində (Tağıyev küçəsi, 26A) mətbuat nümayəndələri və bütün ziyarətçilərə mobil telefonda 5G şəbəkəsinin təmin etdiyi yüksək sürətli internetin üstünlüyünün şahidi olmaq imkanı yaradıb. Sınaq zamanı 1GB/san-dən daha artıq yükləmə sürəti qeydə alınıb.
 
5G şəbəkəsinin demo istifadəsi çərçivəsində "Azercell" dekabr ayının əvvəlində Fəvvarələr Meydanında azsaylı dünya operatorları arasında genişmiqyaslı pilot ərazini əhatə etmiş öncül şirkətlərdən biri olacaq.
 
Dekabrdan etibarən "Azercell", abunəçilərinə 5G şəbəkəsini şəxsən sınaq rejimində təcrübədən keçirmək üçün 5G dəstəkləyən telefonlar təqdim edəcək və şirkətin Müştəri Xidmətləri Mərkəzində bu növ telefonların satışı aparılacaq. Beşinci nəsil telefonları olan və yeni telefonlar sifariş edən müştərilər Azercell-dən 5G sim kartlarını ödənişsiz əldə edəcəklər.
 
5G – müasir genişzolaqlı mobil rabitə xidmətlərini artırmaqla yanaşı, yüksək məhsuldarlıq, effektivlik və sərfəli qiymətlə yeni sənaye sahələrini birləşdirəcək, eləcə də müxtəlif çeşidli xidmətləri və cihazları dəstəkləyən mobil şəbəkələri genişləndirəcək bir innovativ platformadır. 5G, pərakəndə satışdan tutmuş təhsilə, nəqliyyatdan əyləncəyə qədər və onlarla bağlı xidmətlər ilə geniş bir sahəni dəyişdirəcək.
 
Beşinci nəsil simsiz texnologiya ildırım sürəti, inanılmaz dərəcədə az ləngimə və eyni vaxtda çox sayda qoşulma qabiliyyəti vəd edir. Yüksək sürət, minimal gecikmə və daha böyük tutum qabiliyyəti, ultra yüksək keyfiyyətli video, virtual reallıq və digər qabaqcıl tətbiqlərin istifadəsinə geniş imkan yarada biləcək. Bundan əlavə, 5G-nin işə salınması minimal enerji sərfiyyatı ilə Əşyaların İnterneti (İnternet of Things- IoT) potensialını bir anda daha çox qoşulma ilə (1 kvadrat kilometrə 1 milyonadək) artıracaq.
 
Pilot mərhələsində 5G xidməti "Azercell" tərəfindən ödənişsiz təqdim olunacaq və xidmətin ölkə boyu kommersiya istifadəsinə veriləcəyi ana qədər müxtəlif innovativ texnoloji həllər ilə əlaqəli kompleks sınaq işlərinin aparılması davam etdiriləcək. 5G şəbəkəsinin operator tərəfindən ən birinci və ən tez sınaqdan keçirilməsi, eləcə də texniki yenilənməsi "Azercell"-i dünyanın qabaqcıl mobil rabitə təminatçıları ilə bir sırada qərarlaşdırır. Həmçinin "Azercell"-in Azərbaycanda hər bir istifadəçiyə beşinci nəsil şəbəkəsinin üstünlüklərini göstərmək və yaxın etmək iqtidarında olduğunu sübut edir.
 
Azərbaycanı yeni bağlantı erasına hazırlayan "Azercell Telekom" özünün LTE şəbəkəsini gücləndirərək və genişləndirərək son yarım ildə əhali əhatəsində 86.2%, coğrafi ərazi əhatə dairəsində isə 61.4% yüksəlişə nail olub. Həmçinin, gündəlik LTE data istifadəsində 49.6%, LTE yükləmə və ötürmə sürətində isə 16%-dək yüksəliş qeydə alınıb. Hazırda Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsi "Azercell"-in LTE şəbəkəsinin əhatə dairəsindədir və bu rəqəm gündən-günə yüksəlməkdə davam edəcək.














Baxış sayı: 835

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024