12px13px15px17px
Tarix:12/11/19

Mühəndislər günəş batareyaları üçün rekord göstəriciyə malik səmərəli orqanik fotoelementlər yaradıblar

Nürnberq və Erlanqen universitetlərindən olan alimlər qrupu orqanik fotoelementlərin köməyi ilə günəş enerjisinin elektrik enerjisinə çevrilmə səmərəliliyi üzrə yeni dünya rekorduna imza atıblar. Yeni modulun faydalı iş əmsalı 26 kv.sm üçün 12,6% təşkil edir, halbuki əvvəlki rekord 9,7%-ə bərabər idi.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, bir tərəfdən, orqanik fotoelementlərdən istifadə istehsal xərclərini aşağı salır, digər tərəfdən, çəkisinin az olması və elastikliyi sayəsində onların mobil qurğu və ya geyimlərdə tətbiqini mümkün edir.

 

İndi alimlər orqanik fotoelektrik modul üçün qeydə alınmış ən yüksək effektivlik qiymətinə nail olublar. Bu tədqiqat 2019-cu ilin sentyabrında "Fraunhofer ISE" müstəqil sertifikatlaşdırma laboratoriyası tərəfindən təsdiqlənib.

 

Emil Hüseynov





Baxış sayı: 771

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024