12px13px15px17px
Tarix:13/11/19

“Robopark” sərgisini ziyarət etmək istəyənlər üçün pulsuz biletlərin qeydiyyatı başlayıb

3-6 dekabr tarixlərində Bakı Ekspo Mərkəzində "Bakutel 2019" 25-ci Yubiley Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində ən müasir robot modelləri və mütərəqqi texnologiyalar nümayiş olunacaq:  

– Las-Veqasdan "Pepper" humanoid robotu

– Robot balıqlar

– Dünyaca məşhur robot rəssam

– Müxtəlif sumo, güləş və dron yarışları

– Kosmo zonası

– 6 metrlik uçan astronavt  

– və ən nəhayət hamının sevimlisi robot pianoçu.

20-dən çox interaktiv zona və robotları görmək istəyənlər, https://robopark.ticketsetup.com/az linkinə daxil olaraq qeydiyyatdan keçə və pulsuz bilet əldə edə bilərlər.

Biletlər yalnız "Robopark" üçün və yalnız  5 və 6 dekabr tarixlərində keçərlidir.

Bakı Ekspo Mərkəzinə daxil olmaq üçün biletin çap versiyasını təqdim etmək vacibdir.
 





Baxış sayı: 930

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024