Elektrik enerjisi əvəzinə, işıqdan istifadə edən "gələcəyin tranzistorları" təqdim edilib
Müasir tranzistorlar məlumat mübadiləsini elektrik cərəyanının köməyi ilə həyata keçirirlər və bu proses işıq dalğalarının sürəti ilə müqayisədə çox sürətli deyil. Tədqiqatçılar qrupu tərəfindən hazırlanmış yeni optomexanik mikrosxem tipi siqnalı saniyənin milyondan bir hissəsindən az müddətdə göndərə bilir.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, istehsalçıların məlumatına görə, optik həllər informasiyanın işlənməsini və ötürülməsini sürətləndirməyə imkan verəcək. Tranzistorun konstruksiyası silisium lövhənin üstündə asılmış çox nazik qızıl diskdən ibarətdir: o, gərginlik verildikdə işıq dalğasının istiqamətini müəyyənləşdirərək bir tərəfə doğru əyilir.
Yeni hazırlama yalnız informasiyanı yüksək sürətdə ötürmür, həm də enerji cəhətdən səmərəlidir. Alimlər hesab edirlər ki, gələcəkdə optik tranzistorlara əsaslanan kompüterlər real vaxtda obyektlərin skan edilməsi sürətini xeyli artırmağa imkan verəcək.
Emil Hüseynov
Baxış sayı: 604
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet