12px13px15px17px
Tarix:18/11/19

“TikTok” sosial şəbəkəsi “WhatsApp”la eyni populyarlığa malikdir

“Sensor Tower” analitik firmasının araşdırmasına görə, “App Store” və “Google Play” mobil tətbiqlər mağazasında “TikTok” sosial şəbəkəsinin yüklənmə göstəricisi 1,5 milyardı ötüb. Yalnız 2019-cu ildə sözügedən mobil proqram 614 milyon dəfə yüklənilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, indi Çinin bu xidməti dünyada üçüncü ən çox yüklənilən mobil proqram hesab edilir. 2019-cu ildə yüklənmə göstəricisinə görə “TikTok” mobil tətbiqindən öndə yalnız “WhatsApp” (707,4 milyon) və “Facebook Messenger” (636,2 milyon quraşdırma yerləşib. “Facebook”un əsas kliyenti (587 milyon quraşdırma) və “Instagram” (376,2 milyon quraşdırma) sonrakı yerlərdə qərarlaşıb.

 

“TikTok” sosial şəbəkəsinin əsas auditoriyası Hindistan (31%), Çin (11%) və ABŞ (8,2%) istifadəçiləridir. Sosial şəbəkə artıq 175 milyon dollar gəlir qazanıb.

 

Emil Hüseynov





Baxış sayı: 721

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024