12px13px15px17px
Tarix:23/11/11

“ASUS Transformer Prime” planşetində “Android 4.0” əməliyyat sistemi quraşdırılıb (VİDEO)

“NVİDİA” şirkəti dərc etdiyi videoda “ASUS Eee Pad Transformer Prime” planşetində quraşdırılmış “Android 4.0” əməliyyat sistemini təqdim edilib, - “Android Community” bildirib. 1 dəqiqə yarım müddətində olan çarxda interfeyslə işin bəzi xüsusiyyətləri göstərilib, həmçinin video və oyun işə salınıb.

“ASUS Eee Pad Transformer Prime” planşeti növbəti ay satışa çıxarılacaq. Planşet dördnüvəli “NVİDİA Tegra 3” prosessoru, 10,1 düymlü 1280x800 piksel kəskinlikli “Super İPS+” ekranı, 1 QB əməli yaddaş, “Wi-Fi” və “Bluetooth” modulları, jiroskopla təchiz edilib. ABŞ-da 32 QB yaddaş ilə olan model 500 dollara, 64 QB ilə olan model isə 600 dollara olacaq.





Baxış sayı: 1614

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024