12px13px15px17px
Tarix:21/11/19

“Xiaomi” televizorları zəlzələlər barədə xəbərdar edəcək

"Xiaomi" şirkəti Çində "Əşyalar interneti"nin inkişafına həsr edilən tədbirdə "MIUI 11" istifadəçi interfeysində tətbiq edilən zəlzələlər haqqında xəbərdarlıq xidmətini təqdim edib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Planet Today" resursuna istinadən yazır ki, zəlzələlər haqqında xəbərdarlıq funksiyası rəsmi dövlət orqanı tərəfindən təqdim edilən informasiya əsasında işləyir. İdarə tərəfindən təhlükəli seysmik aktivlik qeydə alınandan dərhal sonra "Xiaomi" servisi xəbərdarlıq bildirişini qurğunun ekranında göstərir. Xəbərdarlıqla yanaşı, istifadəçiyə yaxınlıqdakı təhlükəsiz yerə təxliyə planı göndərilir.

 

Rəsmi istehsalçı nümayəndələrinin sözlərinə görə, unikal funksiya şirkət mühəndisləri və Çendu Təbii Fəlakətlərin Təhlükəsinin Azaldılması üzrə Elmi Tədqiqat İnstitutunun ekspertləri ilə birgə hazırlanıb. Sözügedən texnologiya zəlzələlər haqqında xəbərdarlıq üçün əməliyyat sistemi səviyyəsində tətbiq olunan dünyanın ilk "AioT" həlli kimi qələmə verilir.

 

Hazırda texnologiya yalnız Çin ərazisində yaşayan "Xiaomi" smartfon və televizor istifadəçiləri üçün nəzərdə tutulub. Lakin gələcəkdə funksiyanın digər ölkələrin ərazisində, məsələn, servisin daha aktual olduğu Yaponiyada istifadəyə veriləcəyi gözlənilir.

 

Nizam Nuriyev





Baxış sayı: 467

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024