12px13px15px17px
Tarix:21/11/19

Bill Qeyts tərəfindən maliyyələşdirilən şirkət günəş enerjisi sahəsində irəliləyiş edib

Günəş elektrik enerjisi sahəsində təkmilləşdirmələr uzun müddət əsasən fotoelektrik elementlərin istehsalının ucuzlaşması hesabına əldə olunub. Amma günəş enerjisini əldə etməyin başqa yolu da var – şüaları istilik daşıyıcısına fokuslamaq və bu istilikdən istifadə etmək. Belə sistemlər çoxdan mövcuddur, ancaq indi onları 1,5 dəfə daha səmərəli etmək üsulu tapılıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, “Silikon vadisi”ndən bir sıra investor və “Microsoft”un həmtəsisçisi Bill Qeyts tərəfindən maliyyələşdirilən “Heliogen” şirkəti texnoloji irəliləyiş elan edib. Şirkət tərəfindən hazırlanmış günəş kollektoru enerjini fokuslayan güzgülərin vəziyyətini real vaxtda yüksək dəqiqliklə idarəetməsi ilə fərqlənir.

 

Bu, istilik daşıyıcısını 1000 və daha yüksək selsi dərəcəyədək qızdırmağa imkan verir, halbuki bundan əvvəl belə sistemlərdə bu göstərici yalnız 600 selsi dərəcəyədək mümkün idi. Temperatur nə qədər yüksəkdirsə, istilik enerjisini elektrik enerjisinə çevirmək daha asandır.

 

Emil Hüseynov





Baxış sayı: 711

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024