“Ağıllı” təkər sürücüləri təhlükəli yol barədə xəbərdar edəcək
İtaliyanın “Pirelli” şirkəti yüksəksürətli beşinci nəsil mobil rabitə şəbəkələri (5G) daxilində qoşularaq məlumatlar ötürən dünyanın ilk “ağıllı” təkərini hazırlayıb. “5G” təkər təhlükə ilə rastlaşan zaman yol örtüyünün təhlükəli vəziyyətdə olması barədə digər hərəkət iştirakçılarını avtomatik məlumatlandıracaq.
“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, “Pirelli” kiberşini avtomobilin yolla birbaşa əlaqəsi olan yeganə hissəsidir ki, bu da təkərə quraşdırılan ötürücülərə hərəkətin vəziyyəti barədə daha çox informasiya toplamağa imkan verir. Təhlükəli yerlərlə yanaşı, “Cyber Tire” sistemi dinamik yük əmsalını müəyyənləşdirə və qət edilmiş məsafəni ölçə bilir.
Məlumata görə, “ağıllı” təkər avtomobildən məlumatlar toplayaraq onları “5G” üzrə mərkəzi qovşağa ötürür. Məsələn, yolda akvaplanlaşdırma riskini artıran su toplanan zaman digər sürücüyə təhlükəli əraziyə daxil olan zaman “5G” ilə bildiriş göndəriləcək.
“Cyber Tire” sistemi bu həftə İtaliyanın Turin şəhərində keçirilən “5G Path of Vehicle-to-Everything Communication” konfransında nümayiş olunub. Layihədə “Pirelli” şirkətinin “Ericsson”, “Audi”, “Tim”, “Italdesign” və “KTH” kimi tərəfdaşları iştirak edir.
“5G” təkərlərin satışa çıxarılma müddəti barədə məlumat verilmir.
Nizam Nuriyev
Baxış sayı: 744
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet