12px13px15px17px
Tarix:22/11/19

Rusiyalı fiziklər yüksəksürətli siqnalın uzaq məsafəyə ötürülməsi üzrə rekorda imza atıblar

Moskva Fizika Texniki İnstitutu , “T8” şirkəti və ABŞ-ın “Corning Incorporated” korporasiyasının fizikləri aralıq gücləndirici olmadan yüksəksürətli siqnalın uzaq məsafəyə ötürülməsi üçün "Volqa" sistemini hazırlayıblar. Tədqiqat işinin nəticələri “IEEE Photonics Technology Letters” jurnalında dərc edilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, fiziklər ilk sınaq çərçivəsində siqnalı 520 kilometr məsafəyə 200 Qb/s sürətlə ötürməyə nail olublar, halbuki əvvəlki rekord 100 Qb/s sürətini ötmürdü.

 

Belə siqnal gücünü əldə etmək üçün ABŞ-ın “Corning” şirkətinin kabellərindən istifadə edilib. Siqnalın zəifləməməsi üçün kabel başlıq və sonluq hissələrdə iki aralıq nöqtədə gücləndirilib.

 

Bu texnologiya Sibir, Kanada adaları və ya İndoneziyanın məskunlaşmamış regionlarında internetə çıxışı təmin etməyə imkan verəcək. Bu texnologiyadan istifadə etmək üçün provayderlər aralıq stansiyalarından istifadə etməli olmayacaqlar.

 

Emil Hüseynov





Baxış sayı: 570

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024