“WhatsApp” messencerində “Windows” sistemli mobil qurğuların dəstəklənməsi dayandırılacaq
"WhatsApp" messencerinin "Windows Phone" və "Windows 10 Mobile" əməliyyat sistemləri üçün versiyasının buraxılışı dekabrın 31-də tam dayandırılacaq. Bu barədə "Microsoft" korporasiyasının saytında deyilir.
"ICTnews" Elektron Xəbər Xidməti "Vesti." resursuna istinadən yazır ki, "WhatsApp" nümayəndələrinin sözlərinə görə, onlar hazırda "Microsoft" mobil platformaları üçün messencerin yeni versiyalarının hazırlanması ilə məşğul olmurlar. "WhatsApp"ın "Microsoft" əlavələr mağazasında ləğv edilməsi ilə əlaqədar "Windows" sistemli smartfona quraşdırılan proqramdan istifadə mümkün olmayacaq.
Bildirilir ki, "Windows Phone" və "Windows 10 Mobile" ilə yanaşı, 1 fevral 2020-ci ildən etibarən "WhatsApp" messencerinin "Android 2.3.7" və "iPhone iOS 7" (və daha köhnə versiyalar) sistemləri üçün dəstəklənməsi dayandırılacaq.
Məlumata görə, "Windows 10 Mobile" üçün istifadəçi dəstəyi 10 dekabr 2019-cu ildə başa çatacaq. Həmin tarixdən etibarən "Microsoft" korporasiyası tərəfindən ümumistifadəli yenilənmə və ya düzəlişlərin buraxılışı dayandırılacaq. "Windows" sistemli smartfon istifadəçilərinə dəstəklənən "iOS" və "Android" qurğularına keçmək tövsiyə olunur.
Qeyd edək ki, "Windows Phone 8.1" sisteminin yeni versiyaları 11 iyul 2017-ci ildən buraxılmır.
Nizam Nuriyev
Baxış sayı: 638
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet