12px13px15px17px
Tarix:25/11/19

Mobil əlavələrin neçə faizi böyük proqram tərtibatçılarının payına düşüb?

Yüklənən mobil proqram təminatının 80 faizi böyük əlavə tərtibatçılarının 1 faizinin payına düşüb. Bu barədə smartfon və planşetlər üçün proqram təminatının satışının effektivliyinin analizi üçün platforma təqdim edən “Sensor Tower” şirkətinin 2019-cu ilin üçüncü rübünün yekunları üzrə “Apple App Store” və “Google Play” mağazalarında xərclər statistikasında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, iyul-sentyabrda dünya istifadəçiləri tərəfindən ümumilikdə 29,6 milyard mobil əlavə yüklənib ki, bunun da 23,7 milyardı ən uğurlu naşirlərin 1 faizinin məhsullarının payına düşüb. Digər tərtibatçıların (təxminən 784 080) ümumi payı 20 faiz (6 milyard yükləmə) təşkil edib.

 

Bu ilin üçüncü rübündə ən böyük tərtibatçıların 1 faizinin mədaxili 20,5 milyard dollar və ya ümumi bazarın 93 faizinə bərabər olub. Qalan tərtibatçıların gəliri qeyd olunan müddət ərzində 1,5 milyard dollar təşkil edib.

 

Aparıcı oyun tərtibatçılarının 1 faizinin (445) qazancı 15,5 milyard dollara və ya ümumi göstəricinin 95 faizinə çatıb, onların 99 faizi (44029) arasında isə 800 milyon dollar bölüşdürülməklə orta hesabla 18,1 min dollar qazanc əldə edilib.

 

“Sensor Tower” hesabatında, həmçinin qeyd olunur ki, 2018-ci ildə “App Store” və “Google Play” mağazalarında mobil əlavələrin ümumi sayı 3,4 milyon təşkil edib ki, bu da 2014-cü ildən (2,2 milyon) 65 faiz çoxdur. Lakin bu müddət ərzində minimum 1000 dəfə yüklənən əlavələrin sayı 30 faizdən 26 faizədək azalıb.

 

Nizam Nuriyev





Baxış sayı: 570

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024