12px13px15px17px
Tarix:25/11/19

Güclü texniki xüsusiyyətlərə malik yığcam netbuk-transformer təqdim olunub

"One Netbook" şirkəti tərəfindən təqdim edilmiş "One Mix 3 Pro" adlı yeni cib netbuku "Windows 10" sisteminin idarəetməsi altında işləyir və 8,4 düymlük ekran daxil olmaqla məhsuldar aparat içliyinə malikdir. Bundan başqa, fırlana bilən ekran konstruksiyası və stilus dəstəyi netbukdan planşet kimi istifadəyə imkan verir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, alüminium korpusla təchiz edilmiş 650 qram ağırlığında netbuk "IPS" texnologiyası üzrə hazırlanmış 8,4 düymlük sensor ekrana malikdir. Ekranın təsvir ölçüsü 2560x1600 nöqtə təşkil edir. Xüsusi konstruksiya ekranın 360 dərəcə fırlanmasına imkan verir ki, bu da netbukdan planşet kimi istifadəyə imkan verir.

 

Qurğu dörd nüvəli və çoxaxınlılıq (8 virtual nüvə) texnologiyasını dəstəkləyən onuncu nəsil "Intel Core i5-10120Y Comet Lake-Y" prosessoru ilə təchiz edilib. Standart takt tezliyi 1 QHs-dir. "Intel UHD" daxili qrafik kartı video imkanlarına cavabdehdir.

 

"One Mix 3 Pro" netbuku 16 QB-lıq "LPDDR3" əməli yaddaşı və 512 QB-lıq "NVMe" SSD daşıyıcısı ilə təchiz edilib. Tutumu 128 QB-dək olan "MicroSD" kartlar üçün slot nəzərdə tutulub. Klaviaturaya sürətli və təhlükəsiz blokdan çıxartmaq üçün barmaq izləri skaneri quraşdırılıb. Akkumulyatorun tutumu 8600 milliamper/saatdır və şirkətin iddiasına görə, 12 saatadək avtonom işləyə bilir.

 

Emil Hüseynov





Baxış sayı: 634

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024