12px13px15px17px
Tarix:21/06/11

İntellektual idarəetmə gözdən əlillər üçün sərfəli olacaq

Nəqliyyatın intellektual idarəetmə sistemi gözdən əlillərin ictimai nəqliyyatdan istifadəsini asanlaşdıracaq.
Bu barədə ICTnews-ə məlumat verən Gözdən Əlillər Cəmiyyətinin vitse-prezidenti Bəybala İbadullayev layihənin reallaşması ilə gözdən əlillərin yeni imkanlar əldə edəcəklərini bildirdi. Nəqliyyatda intellektual idarəetmə sisteminin tətbiqi ictimai nəqliyyatın sürücüsü ilə gözdən əlillərin internet üzərindən əlaqəsini təmin edəcək. Dayanacaqlarda monitorların yerləşdirilməsi ilə ictimai nəqliyyatın harada olması və neçə dəqiqədən sonra dayanacağa yaxınlaşacağı nəzərdə tutulub.
Gözdən əlil xüsusi proqramla təmin edilmiş smartfondan naviqasiya üzərindən bluetoothla mesaj göndərir və bu mesaj ictimai nəqliyyatda qeyd olunur və avtobus dayanacağa yaxınlaşarkən bu barədə onun telefonuna xüsusi siqnal daxil olur.



Baxış sayı: 2781

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024