12px13px15px17px
Tarix:26/11/19

ABŞ Ordusu döyüş meydanından yaralıları dronlarla təxliyə edəcək

ABŞ Ordusunun tibbi tədqiqatlar və işləmələr komandanlığı döyüş meydanından yaralıları təxliyə edə bilən hazır pilotsuz uçan aparat modelinin hazırlanması və ya istifadəsi üçün müsabiqə elan edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Hightech” resursuna istinadən yazır ki, hərbçilər tərəfindən müxtəlif avtonomluq dərəcələrinə malik pilotsuz uçan aparat layihələrinin nəzərdən keçirilməsi nəzərdə tutulur. Onların sırasına təkcə uçan deyil, həm də yerüstü nəqliyyat vasitələri daxildir. Təxliyə üçün pilotsuz uçan aparatlardan istifadə şəxsi heyət arasında itkiləri azaldacaq və yaralı əsgərlərin xəstəxanalara çatdırılmasını sürətləndirəcək.

 

Robotlara bir sıra tələblər irəli sürülür: onlar insanlarla əlaqə qurmağı və birgə işləməyi – tibb işçilərinə dəstək göstərməyi bacarmalı, eləcə də rahat tibbi sistemə malik olmalıdır.

 

Qurğu, həmçinin yer, döyüş şəraiti və əsgərlərin zədələri barədə məlumatları ümumiləşdirərək onları komanda məntəqəsinə göndərən naviqasiya köməkçi funksiyaları ilə təchiz edilməlidir. Bu məlumatlar təxliyə zamanı mümkün gözlənilməz vəziyyətlərdə dronların hərəkəti üçün optimal marşrutların planlaşdırılması və fəaliyyət planının hazırlanması üçün istifadə ediləcək.

 

Müsabiqədə digər tələb isə pilotsuz uçan aparatların tibbi diaqnostika üçün tam alətlər dəsti ilə təchiz edilməsidir.

 

Nizam Nuriyev





Baxış sayı: 806

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024