



“Facebook” sosial şəbəkəsi “Viewpoints” xidmətini istifadəyə verib

"Facebook" sosial şəbəkəsi tərəfindən amerikalı istifadəçilər üçün təqdim edilmiş "Viewpoints" proqramında istifadəçilər sorğularda iştiraka və başqa tapşırıqların yerinə yetirilməsinə görə maliyyə mükafatı ilə qiymətləndiriləcək. Bu haqda şirkətin bloqunda məlumat verilib.
"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, hazırda xidmət yalnız amerikalı istifadəçilər üçün əlçatandır, ancaq "Viewpoints" artıq 2020-ci ildə başqa ölkələrdə də əlçatan olacaq.
Yalnız "Facebook"da qeydiyyatdan keçmiş və yaşı 18-dən yuxarı olan insanlar bu mobil tətbiqdən istifadə edə biləcəklər. Lakin xidmət onların fərdi məlumatlarını (elektron poçt ünvanı, yaşayış yeri, doğum tarixi, ad və soyad, bəzən isə olduğu yeri) istəyəcək.
"Facebook"un nümayəndəsi bildirib ki, şirkət "Viewpoints" tətbiqini yalnız öz məhsulunu yaxşılaşdırmaq üçün çıxarıb, toplanmış məlumatlar üçüncü şəxslərə verilməyəcək.
Mütəxəssislər sosial şəbəkə istifadəçilərinin fərdi məlumatlarının itkisi ilə bağlı çoxsaylı qalmaqallara görə artıq "Facebook"un bu təşəbbüsünü tənqid ediblər.
Emil Hüseynov
Baxış sayı: 631
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet