“Apple” korporasiyası 100 milyon “iPhone 12” tədarükünü proqnozlaşdırır
“Apple” korporasiyası 2020-ci ildə 100 milyon növbəti nəsil “iPhone 12” smartfonunun tədarükünü planlaşdırır. Şirkətin proqnozuna görə, təxminən 80 milyon “iPhone 11” cihazı tədarük olunacaq.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “Apple” yenilənmiş dizayn və “5G” şəbəkələrinin dəstəklənməsi sayəsində əvvəlki modellərlə müqayisədə “iPhone 12” üçün daha yüksək tələbat gözləyir.
Qeyri-rəsmi məlumatlara görə, gələn il korporasiya “iPhone 12”, “12 Pro” və “12 Pro Max”, həmçinin “iPhone SE 2” modellərini təqdim edəcək.
Dəfələrlə “Apple”ın növbəti nəsil cihazları haqqında etibarlı məlumat paylaşan “TF International Securities” şirkətinin analitiki Minq Çi Kuo bildirib ki, “iPhone 2020” smartfonunun dizaynı xeyli dəyişikliyə məruz qalacaq.
Mütəxəssisin iddiasına görə, metal karkas, həmçinin ön və arxa 2.5D şüşə olduğu kimi qalacaq, amma metal karkasın səthi “iPhone 4”də istifadə olunan dizayna oxşar olacaq.
Emil Hüseynov
Baxış sayı: 591
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet