12px13px15px17px
Tarix:29/11/19

Yeni “Xiaomi Mi TV 4X 2020 Edition” televizoru təqdim edilib

Çinin “Xiaomi” şirkəti dekabrın 2-dən etibarən satışa çıxarılacaq yeni “Mi TV 4X 2020 Edition” “ağıllı” televizorunu təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, ekranı 3840 × 2160 piksel (4К formatı) və 6,5 milli saniyə çağırış vaxtına malik televizorun baxış bucağı horizontal üzrə 178 dərəcə təşkil edir. Həmçinin “HDR 10” texnologiyası dəstəyi mövcuddur.

 

Hesablama yükünü dörd “ARM Cortex-A53” nüvəsi və “Mali-450 MP3” qrafik sürətləndiricisi ilə təchiz edilən “Amlogic” prosessoru daşıyır. Operativ yaddaş tutumu 2 giqabayt, quraşdırılmış isə 8 giqabayt təşkil edir.

 

Televizor iki 10 vatlı stereofonik dəstəkli akustik sistem və “DTS Audio” və “Dolby Audio” dəstəyinə malikdir. Bundan başqa, üç “HDMI” interfeysi və iki “USB” portu nəzərdə tutulub.

 

Kompüter şəbəkəsinə simli qoşulma imkanı “Ethernet” kontrolleri tərəfindən təmin edilir. Bundan əlavə, “Wi-Fi 802.11ac” (2,4 və 5 QHs diapazonları) və “Bluetooth 4.2” simsiz rabitə adapterləri mövcuddur.

 

Yeni qurğuda süni intellekt tipli alqoritm kimi intuitiv başa düşülən interfeysdən istifadə edən “PatchWall 2.0” proqram təminatlı “Android TV 9.0” əməliyyat sistemi tətbiq edilib.

 

“Xiaomi Mi TV 4X 2020 Edition” televizorunun qiyməti 500 dollar təşkil edir.

 

Nizam Nuriyev





Baxış sayı: 558

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024