12px13px15px17px
Tarix:30/11/19

2019-cu il üzrə mobil bazar liderlərinin reytinqi dərc edilib

Nüfuzlu “Gartner” konsaltinq şirkəti bu il ən çox smartfon satmış şirkətlərin yeni reytinqini dərc edib. Qlobal satış tempinin bir qədər azalmasına baxmayaraq, reytinqin liderləri xeyli qurğu satmağa müvəffəq olublar və bəzi hallarda ötənilki göstəricilərini üstələyiblər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, analitiklərin məlumatına görə, 79,05 milyon qurğu satmış Cənubi Koreyanın “Samsung” şirkəti 2019-cu ilin üç rübünün göstəricisinə görə lider olub. Şirkətin mobil bazarda ümumi payı 20,4%-dir.
 
65 milyon smartfon satmış “HUAWEI” reytinqdə ikinci pilləni tutub. ABŞ hökuməti tərəfindən qoyulmuş sanksiyalara baxmayaraq, şirkətin smartfonlarının qlobal cihaz tədarükündə payı 17%-ə bərabər olub.
 
Reytinqdə üçüncü pillədə qərarlaşmış ABŞ-ın “Apple” şirkətinin satışları xeyli azalıb. İstehsalçı hesabat dövründə ötən illə müqayisədə 5 milyon daha az aparat satıb.
 
Emil Hüseynov



Baxış sayı: 1024

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024