12px13px15px17px
Tarix:02/12/19

“Japan Display” yeni nəsil ekranlar nümayiş etdirəcək

“Japan Display” şirkəti qarşıdakı “FinTech JAPAN 2019” sərgisində ekranlar sahəsində yeni texnologiyalar nümayiş etdirəcəyini açıqlayıb. Belə ki, Yaponiya istehsalçısı tam şəffaf maye-kristal panel və yeni nəsil “micro-LED” ekranların təqdimatını planlaşdırır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, yeni 12,3 düymlük displeyin əsas xüsusiyyəti rəngli filtrlərin və adi maye-kristal matrisaların ayrılmaz hissəsi olan polyarizatorların mövcud olmamasındadır. Bu, ekranı tam şəffaf etməyə imkan verib. Hətta rəngli görüntünü daxil edən zaman panelin arxasında nələrin baş verdiyini görmək mümkün olacaq. Yeni qurğunun təsvir ölçüsü bir düym üçün 125 piksel sıxlıqla 1440х540 piksel təşkil edir. Displey 4096-dək rəng çalarını göstərə bilir.

 

İstehsalçı nümayəndələrinin sözlərinə görə, panelin təsvirsiz buraxılış qabiliyyəti 87 faiz təşkil edir ki, bu da mütləq rekorddur. Maraqlıdır ki, displey vasitəsilə arxa paneldə real obyektləri ekranda göstərilənlərlə birləşdirmək mümkündür.

 

Yeni şəffaf displeyin təqdimatı dekabrın 4-6-da baş tutacaq. Yeni matrisaların seriyalı istehsalı isə 2020-ci ilə planlaşdırılır. “FinTech JAPAN 2019” sərgisində, həmçinin yüksək parlaqlıq və geniş baxış bucağına malik yeni nəsil “micro-LED” ekranlar təqdim olunacaq.

 

Yeni “micro-LED” displeylər işıqlandırmanın olmaması, eləcə də polyarizasiyalı və rəngli filtrin quraşdırılmaması ilə seçilir. Ölçüsü 1,6 düym təşkil edən prototipin təsvir ölçüsü 300х300 pikselə bərabərdir. Parlaqlıq baxış bucağı 178 dərəcədən çox olmaqla 3 min kandel kvadratmetrə (kd/m2) çatır.

 

“micro-LED” texnologiyası “OLED”dən sonra yeni nəsil displeylərdə yeni standart olacaq. Artıq “Apple” şirkəti bu panellərə maraq göstərməyə başlayıb.

 

Nizam Nuriyev





Baxış sayı: 125

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






13 Dekabr 2019

12 12 2019

12/12/19
“Samsung Galaxy S11” seriyalı yeni modellərin təqdimat tarixi açıqlanıb

“Samsung” şirkəti ənənəvi olaraq yeni nəsil “Galaxy S” smartfonlarını İspaniyanın Barselona şəhərində keç

12/12/19
Çində milli rəqəmli valyutanın sınaqları keçiriləcək

Çin Xalq Bankı ilin sonunadək elektron ödənişlər üçün “DCEP” adlı milli rəqəmli valyutanın sınaqlarını

12/12/19
Bu antivirus istifadəçiləri izləyir

Pulsuz “Avast” antivirus proqram təminatı istifadəçilərin məlumatını toplayaraq onları satırmış. Bu haqda

12/12/19
İnsan gücünü 20 dəfə artıran ekzoskelet yaradılıb (VİDEO)

ABŞ-ın “Sarcos Robotics” şirkəti insana çəkisi 90 kiloqrama bərabər yükü qaldıran zaman 4,5 kiloqramlıq

12/12/19
“Samsung” qabaqcıl smartfonlarında öz prosessorundan imtina edəcək

“Samsung” şirkəti yeni “Galaxy S11” modellərində öz istehsalı olan “Exynos” prosessorlarından

12/12/19
Yeni texnologiya istənilən şəxsə təyyarəni endirməyə imkan verəcək

ABŞ-ın “Garmin” naviqasiya sistemləri istehsalçısı istənilən şəxsə təyyarəni endirməyə kömək edəcək texno

12/12/19
“iPhone” son onilliyin ən möhtəşəm cihazı adlandırılıb

“The Verge” nəşri son illiyin 100 əsas qurğusundan ibarət reytinq tərtib edib. “iPhone 4” son onilliyin

12/12/19
Yeni “Apple Mac Pro” kompüterlərinin satışına başlanılıb

“Apple” şirkəti dekabrın 10-da iyunda təqdim edilən və peşəkarlar üçün nəzərdə tutulan “Mac Pro

12/12/19
“Microsoft” mobil əməliyyat sistemləri bazarını tərk etdi

10 dekabr 2019-cu il tarixində “Microsoft” rəsmən “Windows 10 Mobile” sisteminin dəstəyini dayandırıb.

12/12/19
“iOS” sisteminin yeni versiyası “iPhone” cihazını fiziki açarla qorumağa imkan verir

“Apple” şirkəti tərəfindən təqdim edilmiş “iOS 13.3” versiyasında fiziki təhlükəsizlik açarlarının