Robot 100 min elmi eksperiment aparıb
Massaçusets Texnologiya İnstitutunun tədqiqatçıları bir ilə 100 min eksperiment aparan robot yaradıblar.
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, təkrarlanan hərəkətlər tələb edən eksperimentlərdən biri reaktiv izlər vibrasiyası olub. Bu parametr gəmilərin layihələndirilməsində böyük əhəmiyyətə malikdir. Belə ki, müşahidəçi obyektin su üzərində hərəkətini min dəfə öyrənməli olur. Bu isə insan üçün çox yorucudur və çox vaxt tələb edir. Lakin robot bu vəzifənin öhdəsindən daha yaxşı gələ bilir.
Yeni mexanizm yaradıcılarının sözlərinə görə, robota eksperimentləri düzgün aparmağa imkan verən məntiqlə təchiz edilməsi ən çətin iş olub. O, təkcə təkrarlanan hərəkətləri yerinə yetirmir, həm də nəticələri təhlil edir, eləcə də əlavə məlumatın əldə edilməsi üçün eksperimentə düzəlişlər edir.
Robotun köməyi sayəsində tədqiqatçılar səyləri daha vacib məşğuliyyət və kəşflərə yönəldərək mexanizmə monoton iş tapşırıblar. Gələcəkdə alimlər insanlar və robotlar arasında əməkdaşlığı genişləndirəcəklər ki, bu da qısa zaman ərzində çətin vəzifələrin öhdəsindən gəlməyə imkan verəcək.
Nizam Nuriyev
Baxış sayı: 628
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet