Bu gün dünyada ilk “SMS” mesaj göndərilib
Sürətlə dəyişən dünyamızda texnoloji cəhətdən köhnəlmiş, lakin hələ də mövcudluğunu qoruyub saxlayan və insanlara sevinc bəxş edən bir neçə texnoloji həll qalmaqdadır. Smartfonların müasir funksiyalarla təchiz edilməsinə baxmayaraq, 160 simvol uzunluğunda mesajlar rabitə qurğularında əvvəlki kimi əsas atribut olaraq qalır.
1984-cü ildə Danimarkanın Kopenhagen şəhərində keçirilmiş Mobil Rabitə konfransında iştirak etmiş finlandiyalı mühəndis Matti Makkonen pitsaxanada iki həmkarı ilə keçirilmiş qeyri-rəsmi görüşdə "GSM" şəbəkələrində qısa mesajlarla mübadilə sisteminin konsepsiyasını müzakirə etmişdi. Həmin dövrdə "GSM" sırf Skandinaviya standartı olub və yalnız bir neçə il sonra ümumavropa standartı kimi təsdiq edilib.
1992-ci ildə "SMS" standartı təsdiqlənib, "Vodafone" şirkəti isə "SMS" mərkəzin yaradılması üçün Britaniyanın "Sema Group" standartlaşdırma təşkilatından proqram təminatı hazırlamağı sifariş edib. Proqramçılar komandasının iştirakçılarından biri Nil Papvort olub.
Proqram təminatının hazırlanmasına təxminən 1 il vaxt sərf olunub. 1992-ci il dekabrın 3-də Nil Papvort "Vodafone" şirkətinin qərargahına gedib, orada kompüter arxasında əyləşərək "Vodafone"-nun SMS üzrə direktoru Riçard Carvisə "Merry Christmas" mesajını göndərib. Bu, dünyada göndərilmiş ilk "SMS" mesajdır.
"Bu layihənin o dövr üçün mühümlüyü ilə bağlı mənə çoxsaylı suallarla müraciət edirlər – Papvort etiraf edir. – Xeyr, mən sadəcə "Sema" standartlaşdırma şirkətində işləyirdim, "Vodafone" isə proqram təminatı hazırlamaq üçün bizə pul ödəyirdi və biz sifarişi yerinə yetirdik".
"SMS" mesajlar 1995-ci ilədək populyar olmayıb: o zaman azsaylı mobil rabitə istifadəçiləri 2,5 ayda təxminən 1 mesaj göndərirdilər və ilk mobil telefonlar qısa mesajlar üçün yaxşı adaptasiya edilməmişdi.
Emil Hüseynov
Baxış sayı: 717
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet