“Apple” şirkəti “iPhone” modellərini ildə iki dəfə buraxmaq niyyətindədir
"Apple" şirkəti "iPhone" smartfonlarının buraxılışı üzrə strategiyanı dəyişmək niyyətindədir. Belə ki, şirkət 2021-ci ildən etibarən yeni qurğuları ildə iki dəfə təqdim edəcək. Bu barədə "CNBC" telekanalı "JP Morgan" bankının analitiki Samik Çatterciyə istinadən məlumat verib.
"ICTnews" Elektron Xəbər Xidməti "TASS" resursuna istinadən yazır ki, məlumata görə, altıaylıq dövr "Apple" şirkətinə ilboyu smartfonlar buraxan digər istehsalçılarla rəqabət aparmağa, eləcə də qurğulara lazımi dəyişikliklər etməyə imkan verəcək.
Analitikin fikrincə, şirkət 2020-ci ilin sentyabrında dörd yeni "iPhone" modeli təqdim edəcək. Qurğular 5,4, 6,1 və 6,7 düym diaqonallı "OLED" ekranlarla təchiz ediləcək və "5G" şəbəkəsini dəstəkləyəcək.
"Apple" 2011-ci ildən ənənəvi olaraq yeni "iPhone" modellərini payızda təqdim edir. Təqdimat çərçivəsində şirkət adətən üç yeni qurğu nümayiş etdirir.
Qeyd edək ki, 1976-cı ildə yaradılan "Apple" şirkəti "iPhone" smartfonları, "iPad" planşetləri, "iMac" kompüterləri, "MacBook" noutbukları, "iPod" musiqi pleyerləri, eləcə də digər yüksək texnologiyalı texnikanın istehsalı ilə məşğul olur. Mənzil-qərargahı Kaliforniya ştatının Kupertino şəhərində yerləşən şirkət dünyanın ən böyüklərindən biridir və onun kapitallaşma dəyəri 1,2 trilyon dollar təşkil edir.
Nizam Nuriyev
Baxış sayı: 571
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet