"Google Photos" foto xidmətinə çat əlavə edilib
"Google Photos" foto xidmətinə çat funksiyası əlavə edilib. İndi sözügedən xidmətdə şəkilləri başqa istifadəçiyə və ya insanlar qrupuna göndərməklə yanaşı, həmçinin onlarla ünsiyyət saxlamaq mümkündür.
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, yeni funksiyanın istifadəyə verilməsilə “WhatsApp” və ya başqa messenceri əvəz etmək planlaşdırılmır. Hər şeydən öncə "Google Photos" xidmətində çat imkanının əlçatanlığı ümumi albom yaratmadan və başqa proqrama keçid etmədən şəkilləri və ya videonu müzakirə etmək istəyənlər üçün əlverişli olacaq.
Mesaj yazmaq üçün media qalereyadan şəkil seçmək, paylaşmaq nişanına sıxmaq, əlaqə göstərmək, yaxud istifadəçini ad, telefon nömrəsi və ya poçt ünvanı üzrə tapmaq lazımdır. Bu halda şəkli qəbul edən şəxsdə “Google” hesabının olmağı vacibdir. Qrup çatına başlamaq üçün "Yeni qrup" seçmək və iştirakçıları əlavə etmək lazımdır.
Yaxın həftələr ərzində dünyada istifadəyə veriləcək yeni funksiya “iOS” və “Android” üçün mobil proqramlarda, həmçinin "Google Photos"un veb-versiyasında əlçatan olacaq.
Emil Hüseynov
Baxış sayı: 609
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet