Azərbaycanda ilk dəfə iki dövlətin nazirlikləri arasında memorandum elektron imza ilə imzalanıb
"Bakutel-2019" sərgisi çərçivəsində bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Belarus Respublikasının Rabitə və İnformasiya Nazirliyi arasında dövlətlərarası memorandum elektron imza ilə imzalandı.
Memorandumda biznes subyektləri arasında elektron imzaların qarşılıqlı tanınması əks olunub. Sənədi Azərbaycan tərəfdən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə və Belarus Respublikası tərəfindən isə Rabitə və İnformasiya naziri Konstantin Şulqan imzalayıb.
Qeyd edək ki, elektron imza ilə imzalanan bu e-memorandum nəinki Azərbaycan və Belarus, eləcə də MDB ölkələri arasında ilkdir.
Sənədlərin elektron imzalanması Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyində çalışan yerli mütəxəssislər tərəfindən hazırlanan AzDoc sənəd dövriyəsi sistemi üzərindən həyata keçirilib.
Ölkələrarası elektron imzaların qarşılıqlı tanınması vətəndaş, biznes subyektləri, dövlət qurumları arasında münasibətlərin yeni müstəvidə inkişafına şərait yaradacaq. Həmçinin ölkəmizin beynəlxalq hesabatlarda daha da yüksəlməsinə gətirib çıxaracaq.
Baxış sayı: 8028
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet