12px13px15px17px
Tarix:05/12/19

“Instagram”da qeydiyyat zamanı doğum tarixinin göstərilməsi tələb olunacaq

“Instagram” sosial şəbəkəsində hesab yaradarkən doğum tarixinin göstərilməsi tələb ediləcək. Bu haqda dekabrın 4-də sosial şəbəkənin saytında dərc edilmiş məlumatda deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, "bu gündən başlayaraq “Instagram”da hesab yaradarkən doğum tarixinin göstərilməsi tələb olunacaq. Sosial şəbəkədən istifadə qaydalarımıza görə, əksər ölkələrdə hesab yaratmaq üçün ən azı 13 yaşınız olmalıdır" – məlumatda deyilir.

 

Məlumata görə, doğum tarixi digər istifadəçilər üçün əlçatan olmayacaq.

 

Emil Hüseynov





Baxış sayı: 568

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024