12px13px15px17px
Tarix:05/12/19

Selfi kamerası korpusdan kənara çıxan “Motorola One Hyper” modeli təqdim edilib

“Motorola” şirkəti selfi kamerası korpusdan kənara çıxan ilk smartfon modelini təqdim edib.
 
Aparat 2340x1080 piksel təsvir ölçülü 6,5 düymlük panel ilə təchiz edilib. “One Hyper” smartfonunun digər bir özəlliyi 45 vatt gücündə enerji doldurma texnologiyası ilə təchizidir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, aparat 4 QB-lıq əməli yaddaşa və 128 QB-lıq fləş yaddaşa malikdir, “Snapdragon 675” prosessoru ilə təchiz edilib. Akkumulyator batareyasının tutumu (4000 milliamper/saat) aparata 38 saat avtonom işləmək üçün kifayət edir.
 
 
Həmçinin qulaqlıqlar üçün 3,5 mm-lik audio konnektor, kontaktsız ödənişlərin edilməsi üçün NFC çip nəzərdə tutulub. Fotomodul iki kameradan ibarətdir: 64 meqapiksellik əsas və 8 mp-lik genişbucaqlı. Ön kameranın təsvir ölçüsü 32 mp-dir. “One Hyper” smartfonu “Android 10” sisteminin idarəetməsi altında işləyir.
 
Emil Hüseynov





Baxış sayı: 614

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024