12px13px15px17px
Tarix:06/12/19

Tokioda “Pepper” robotlarının çalışdığı kafe açılıb

Tokioda ofisiantlar qismində robotların da çalışdığı “Pepper Parlor” kafesinin açılışı olub.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, robotlar adi ofisiantlar kimi müştəriləri salamlayır, sifarişlər qəbul edir və masa arxasında qonaqlarla söhbət edirlər.

 

“Softbank Robotics” şirkəti üçün istehsal etdiyi “Pepper” insanabənzər robotunun müştərilərə xidmət göstərəcək kafenin açılışı əlamətdar hadisədir, çünki bu, şirkət üçün ilk belə müəssisədir. Hazırda “Softbank Robotics Pepper” robotları aeroport, bank, universitet və ərzaq mağazalarında istifadə olunur.

 

Kafedə “Pepper” ilə yanaşı, bir çox digər robotları görmək mümkündür. Məsələn, “Nao” robotları əyləncəli proqramları təmin etməklə səhnədə sərbəst hərəkət edirlər. “Whiz” robotları isə təmizlik işləri ilə məşğul olurlar.

 

Nizam Nuriyev





Baxış sayı: 730

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024