12px13px15px17px
Tarix:06/12/19

Kontaktsız ödənişlər üçün yeni təhlükəsizlik standartı təqdim olunub

Ödəniş Kartları Sənayesi üzrə Təhlükəsizlik Standartları Şurası (PCI SSC) satıcılara “NFC” texnologiyasını dəstəkləyən mobil “COTS” qurğuları (kütləvi bazar üçün nəzərdə tutulan smartfon və planşetlər) vasitəsilə kontaktsız ödənişləri qəbul etməyə imkan verən həllər üçün yeni məlumat təhlükəsizliyi standartını təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, “PCI Contactless Payments on COTS” (CPoC) standartı və onu dəstəkləyən yoxlanış proqramı istehsalçılara satıcıları ödəniş məlumatlarının mühafizəsi və sınaqdan keçirilməsi məqsədilə hazırlanan kontaktsız ödənişlərin qəbulu üçün həllərlə təmin etməyə imkan verir.

 

“PCI CPoC” standartı mobil qurğular vasitəsilə kontaktsız ödənişlərin həyata keçirilməsi üçün ikinci “PCI SSC” standartıdır. “PCI CPoC” satıcıları “NFC” elektron açarının əlaqələndirildiyi “COTS” qurğuları vasitəsilə kontaktsız ödənişlərin qəbulu üçün nəzərdə tutulan təhlükəsizlik və test tələbi həllərini təsvir edir.

 

“CPoC” həllinin əsasını bunlar təşkil edir: ödəniş kartlarının və ya ödəniş qurğularının oxunması üçün “NFC” interfeysinin quraşdırıldığı “COTS” qurğusu, ödənişlərin yoxlanılması üçün satıcının “COTS” qurğusuna quraşdırılan mobil əlavə və “COTS” qurğusundan asılı olmayan və ödənişlərin monitorinqini, təhlükəsizliyinin yoxlanılmasını və emalını dəstəkləyən son sistemlər. Standartda PIN kodların daxil edilməsi nəzərdə tutulmayıb.

 

Nizam Nuriyev





Baxış sayı: 694

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Noyabr 2024

27 11 2024